Bakıda iki avtomobil toqquşub. Bu haqda 14 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Sabunçu rayonunda martın 13-də "Toyota" və “Land Rover” markalı iki minik avtomobili toqquşub. Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Qəza zamanı "Toyota" markalı minik avtomobili deformasiyaya uğrayıb. Sürücü sıxılı vəziyyətdə qalaraq müxtəlif xəsarətlər alıb. O, avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.