Bakının Sabunçu rayonunda yaşayış evində yanğın olub. Bu haqda bu gün, 9 mart tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.
Ümumi sahəsi 100 kv.m olan birmərtəbəli evin mətbəxinin taxtadan ibarət tavanı yanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb olunub. Alov söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.