Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib. Bu haqda 18 aprel tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.
Ümumi sahəsi 190 kv.m olan ikimərtəbəli evin ikinci mərtəbəsində 4 otağın yanar konstruksiyaları və dam örtüyü 120 kv.m sahədə yanıb. Hadisə yerinə yanğınsöndürmə bölmələri cəlb olunub, yanğın söndürülüb.
Evin qalan hissəsi və qarajda olan minik avtomobili mühafizə olunub. Xəsarət alan olmayıb.