"Sea Breeze" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə verilib. Bu haqda bu gün, 15 avqust tarixində Bakuplus.az Unikal.az-a istinadən məlumat verir.
İsmayılzadə Əbülfət Yardar oğlu torpaq münasibətləri üzrə sair mübahisələrlə bağlı Sabunçu Rayon Məhkəməsinə müraciət edib.
İş artıq icraata götürülüb.
Məhkəmə prosesinə hakim Adilə Paşayeva sədrlik edəcək.