Paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində saxlanılan silahlı narkotacir barəsində hökm oxunub. Bu haqda bu gün, 11 yanvar tarixində Trend məlumat yayıb.
Şahin Mahmudov Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.
O, saxlanılan zaman üzərindən və yaşadığı evdən 1 kiloqramdan artıq heroin, eləcə də sənədləri olmayan ov tüfəngi aşkarlanmışdır.