Bakının iki rayonu ərazisində bir sutka ərzində silah-sursat tapılıb. Bu haqda bu gün, 18 mart tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə daxil olan məlumat əsasında polis əməkdaşları zibil qutusunda nömrəsi silinmiş “AK-74” markalı avtomat silahı və 4 ədəd parton tapıb.
Həmçinin Sabunçu rayonu, Maştağa qəsəbəsinin ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş A.Hüseynovdan lüləsi və qundağı kəsilmiş “İJ” markalı ov tüfəngi götürülüb.