Bakının Suraxanı rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 31 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis bölməsinə verilən məlumata görə, bir nəfərin üzlüyündə 350 manat pulu olan mobil telefonu dələduzluq yolu ilə alınıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Xəyal Ələkbərov saxlanılıb. Araşdırma zamanı onun Əmircan qəsəbəsi ərazisindən “İsuzu” markalı avtobus qaçırması da məlum olub.
Hazırda araşdırmalar davam edir.