Bakı şəhəri Suraxanı rayonunda 5 oktyabr axşam saatlarında yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat paylaşıb.
Ümumi sahəsi 60 kv.m olan qarajın içərisində olan məişət əşyaları 30 kv.m sahəsində yanıb. Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub. Qarajın digər hissəsi və yaxınlığındakı transformator alışmadan mühafizə olunub. Xəsarət alan yoxdur.
Daha öncə, 30 sentyabr tarixində Suraxanı rayonunda yanğın hadisəsi qeydə alınmışdır. 1 nəfər xəsarət almışdır. Ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evin 15 kv.m sahəsi tamamilə yanmışdır.