Paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində intihar hadisəsi baş verib. Bu haqda bu gün, 23 fevral tarixində Bakuplus.az Bizim Media-ya istinadən xəbrə verir.
Adıçəkilən qəsəbədə yaşayan 32 yaşlı Balaşir Ramazanov evində özünü asaraq intihar edib. Onun külli miqdarda borcu olduğu bildirilir.
Sakinlərin sözlərinə görə, həmin şəxs “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının işçisi olub.
Faktla bağlı araşdırmaya başlanılıb.