Bakıda sərnişin taksi sürücüsünün telefonunu danışmaq adı ilə götürərək qaçıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən bu gün, 13 iyun tarixində xəbər verir.
İyunun 11-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Bakı şəhər sakini N.Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində bir nəfər əyləşib. Daha sonra onun mobil telefonunu danışmaq adı ilə alıb avtomobildən düşərək qaçmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər də oğurluğa və soyğunçuluğa görə məhkum olunmuş T.Babayev müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.