Bakının Nizami rayonu, Babək prospektində zəncivari qəza baş verib. Xəsarət alanlar var. Bu haqda bu gün, 13 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Yüksək sürətlə hərəkət edən “Azsamand” markalı avtomobil işıqforun qırmızı işığında dayanan “Renault” markalı minik avtomobilinə çarpılıb. Sonuncu zərbənin gücündən “Toyota” markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində “Renault”da olan iki nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
“Toyota”nı idarə edən Aşıq Namiq kimi tanınan Namiq Hüseynov bildirib ki, “Azsamand”ın sürücüsü sürət həddini aşıb.
Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.
[URIS id=74441]