Bakının Yasamal rayonu, Tbilisi prospektində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 21 aprel tarixində Bakuplus.az məlumat verir.
Hadisə İST Petrol yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib. “Mitsubishi” markalı minik avtomobili ilə “Toyota” markalı minik avtomobili toqquşub. Nəticədə arxadan gələn digər avtomobil “Toyota”-ya çırpılıb.
Hadisə zamanı xəsarət alan olmayıb, avtomobillərə maddi ziyan dəyib. Qəzanın baş verdiyi əraziyə polis əməkdaşları cəlb olunub.
[URIS id=41490]