Paytaxtın Xətai rayonunda yerləşən yaşayış evində yanğın baş verib. Bu haqda bu gün, 18 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 100 kv.m olan birmərtəbəli, 5 otaqlı evin 2 otağında başlayıb. Nəticədə yaşayış evi 30 kv.m sahədə, eləcə də digər otaqların tavanı ümumilikdə 30 kv.m sahədə və dam örtüyü 84 kv.m sahədə yanıb. Evin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.