Paytaxtın Xətai rayonu, metropolitenin “Həzi Aslanov” stansiyası yaxınlığında ana və azyaşlı uşağını avtomobil vurub. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Nəqliyyat vasitəsi 42 yaşlı Qənirə Əhmədova və 6 yaşlı övladı Murad Əhmədovu yolu keçən zaman vurub. Ana sağ ayağının sınığı, uşaq isə kəllə-beyin travması ilə xəstəxanaya yerləşdiriliblər.
Təfərrüatlar araşdırılır.