Paytaxtın Xətai rayonunda adam öldürmək istəyən şəxs tutulub. Bu haqda bu gün, 18 aprel tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
35 yaşlı Samir Əliyev şəxsi münasibətlər zəminində keçmiş həyat yoldaşı, 33 yaşlı Amilə Vəliyevanı bıçaqla öldürməyə çalışıb. Nəticədə qadın xəsarət alıb.
Şübhəli şəxs saxlanılıb. Onun barəsində cinayət işinə başlanılıb.