Paytaxtın Xətai rayonunda mənzildən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 16 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini Elvin Rüstəmov adıçəkilən rayonda yerləşən mənzillərdən birinə daxil olaraq oradan 6500 ABŞ dolları və 50.000 rus rublu oğurlamaqda şübhəli bilinir.
Onun barəsində cinayət işinə başlanılıb. Araşdırmalar davam edir.