Paytaxtın Xətai rayonunda 2 sərnişin avtobusu toqquşub. Bu haqda bu gün, 16 noyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
“BakuBus” MMC-yə məxsus 21 saylı marşrut xətti üzrə hərəkət edən avtobus 44 nömrəli sərnişin daşıyıcısı ilə toqquşub. Nəticədə hər 2 nəqliyyat vasitəsinə ziyan dəyib. Sərnişinlərin xəsarət alıb-almaması barədə məlumat yoxdur.
Faktla bağlı araşdırmalar davam edir.