6 sentyabr tarixində Bakının Xətai və Səbail rayonlarında 2 piyadanı avtomobil vurub.
Xətai rayonunda yolu keçən 36 yaşlı Hakim Abdullayevi avtomobil vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Səbail rayonu Badamdar qəsəbəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtomobil yolu keçən 60 yaşlı Xəzangül Məmmədovanı vurub. Piyada xəstəxanaya çatdırılıb və müayinədən sonra ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Oxşar hadisə Abşeron rayonunda baş verib. Xırdalan şəhərində avtomobil piyadanı vurub. Nəticədə 29 yaşlı Kənan Süleymanov xəsarət alıb.
Faktlarla bağlı araşdırma aparılır.