Bakının Xətai rayonunda soyğunçuluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 14 noyabr tarixində Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat verib.
Bildirilir ki, adıçəkilən rayon ərazisində Bakı şəhər sakini S.Mustafayevanın içərisində pulu, bank kartı və mobil telefonu olan pulqabısı soyğunçuluq yolu ilə talanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən Cəlilabad rayon sakini Valeh Nəzərli saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.