Xətai rayonunda avtomobil piyadanı vurub. Hadisə 13 avqustda qeydə alınıb.
Avtomobil yolu keçən 45 yaşlı Tacirə Əsədovanı vurub. Nəticədə piyada xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma başlanıb.
Oxşar hadisə 12 avqustda Xəzər rayonunun Buzovna qəsəbəsində baş verib. Paytaxt sakini A.Yusifov idarə etdiyi avtomobillə yolu keçən kişini vurub.