Paytaxtın Xəzər rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 17 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 40 kv.m olan köməkçi tikili tamamilə kül olub. Ətraf infrastruktura, o cümlədən yaxındakı tikililərə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.