Paytaxtın Xəzər rayonunda piyadanın iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 17 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
56 yaşlı Tehran Cəfərov avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada Təcili Tibbi Yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Onun sol qabırğaları sınıb.
Faktla bağlı araşdırmalar davam edir.