Xəzər rayonu Mərdəkan qəsəbəsində bu gün, 1 sentyabr tarixində naməlum qadın meyiti tapılıb. Meyit dəniz sahilində çimərlik geyimində aşkar olunub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat verib.
Qadının boyu 156 santimetr, yaşının isə təqribən 25-26 olduğu ehtimal olunur. İlkin ehtimallara görə qadın dənizdə boğulub. Meyitin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb. Onun barmağında qızıl üzük tapılıb.
“Həmin şəxsi tanıyanlardan Xəzər Rayon 1-ci Polis Şöbəsinin 012 454 22 22 və 070 300 20 99 nömrələri ilə əlaqə saxlamaları xahiş edilir", - mətbuat xidmətindən bildirilib.
[caption id="attachment_3908" align="alignnone" width="169"]
Foto açıq mənbədən[/caption]
[caption id="attachment_3909" align="alignnone" width="225"]
Foto açıq mənbədən[/caption]