Xəzər dənizindəki təchizat gəmisində baş vermiş yanğının söndürülməsi əməliyyatı fasiləsiz olaraq davam etdirilir. Bu haqda bu gün, 1 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, görülmüş tədbirlər nəticəsində müvafiq vasitələrlə təchiz olunmuş peşəkar yanğınsöndürənlər göyərtəyə qalxaraq bilavasitə gəminin daxili bölmələrində yanğınla mübarizə tədbirlərinə başlayıblar:
"Yanğının söndürülməsi əməliyyatının fasiləsizliyinin təmin edilməsi məqsədilə nazirliyin Aviasiya dəstəsinin helikopteri hadisə yerinə müvafiq vasitələrin çatdırılmasını həyata keçirir".