Paytaxtın Yasamal rayonunda yerləşən avtoservisdə yanğın baş verib. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Müəssisənin ərazisində “Nissan” markalı avtomobilin mühərrik hissəsi alışıb. Yanğın nəticəsində yaxınlıqda olan “Toyota” markalı nəqliyyat vasitəsinə də ziyan dəyib. Ətraf infrastruktur yanğından mühafizə olunub.
Təfərrüatlar araşdırılır.