Paytaxtın Yasamal rayonunda polisə müqaviməti göstərən şəxslə bağlı həbs qararı verilib. Bu haqda bu gün, 27 sentyabr tarixində Report.az məlumat yayıb.
“Opel Astra” markalı avtomobilin sürücüsü Rüstəm Şükürlüy məhkəmənin qərarı ilə 20 sutkalı azadlıqdan məhrum edilib.
Bir neçə gün öncə 60 nömrəli məktəbin qarşısında polislə vətəndaş arasında insident baş vermişdir. Məsələylə bağlı videogörüntülər sosial şəbəkələrdə yayılmışdır.