Paytaxtın Yasamal rayonunda FHN-nin əməkdaşları köməyə ehtiyacı olan xəstə qadına yardım göstəriblər. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
70 yaşlı qadın, xəstəxanaya aparılması üçün Xilasedicilərin köməkliyi ilə ikimərtəbəli fərdi yaşayış evindən aşağı düşürdülüb və təcili tibbi yardım avtomobilinə mindirilərək, həkim briqadasına təhvil verilib.