Paytaxtın Yasamal rayonu, Həsən Məcidov küçəsi 5 ünvanında ağacların kəsilməsi araşdırılıb. Bu haqda bu gün, 9 fevral tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
Ağacların kəsilməsi faktı təsdiqini tapıb və müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.
Həmçinin kəsilmiş ağacların yerinə yeni ağacların əkilməsi məqsədilə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə də müraciət olunub.
Birgə araşdırmalar davam edir.