Paytaxtın Yasamal rayonu, Ələsgər Ələkbərov ilə Mikayıl Müşfiq küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 28 may tarixində Bakuplus.az xəbər verir.
“Nissan X-Trail” markalı avtomobil “Kia Optima” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Xəsarət alan olmayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Təfərrüatlar araşdırılır.