Paytaxtın Yasamal rayonu, Nərimanov prospektində piyadanı vurmaqdan yayınmaq istəyən avtomobil digər iki nəqliyyat vasitəsini vurub. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az xəbər verir.
“Lexus” markalı avtomobilin qarşısına qəfil piyada çıxıb. İdarəetməni itirən qadın sürücü öncə solundakı motosikletə daha sonra isə sağındakı “Mercedes” markalı nəqliyyat vasitəsinə çırpılıb.
Xəsarət alan olmayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
[video width="640" height="352" mp4="https://bakuplus.az/storage/photos/2022/05/jetot-nado.mp4"][/video]