Paytaxtın Yasamal rayonu, A.M.Şərifzadə küçəsində motosiklet oğurlayan şəxs tutulub. Bu haqda bu gün, 26 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı sakini Akşin Hüseynli sözügedən ərazidən T.Əsədova məxsus motosikleti oğurlamaqda şübhəli bilinir. Onun, həmçinin narkotik saxlamaq üstündə də axtarışda olduğu məlum olub.
Araşdırmalar davam edir.