Paytaxtın Yasamal rayonu, Qələbə dairəsində avtoqəza baş verib. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az xəbər verir.
“Ford” markalı avtomobil dairədən çıxan “Hyundai” markalı nəqliyyat vasitəsini gözləməyib və nəticədə onlar toqquşublar. Hər iki avtomobilə ziyan dəyib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Xəsarət alan yoxdur.
Faktla bağlı araşdırma aparılır.