Paytaxtın Yasamal rayonu, Qələbə dairəsində avtoqəza baş verib. Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
“Ford” markalı nəqliyyat vasitəsi yüksək sürətlə hərəkət edən zaman eyni istiqamətdə gedən ”Mercedes” markalı avtomobil ilə toqquşub. Sonuncu isə zərbənin gücündən beton yolayrıcına çırpılıb.
Nəticədə bir nəfər xəsarət alıb. Bildirilir ki, “Ford”-un sürücüsü sərxoş vəziyyətdə olub. Hadisə yerinə DYP-nin əməkdaşları cəlb olunub. Araşdırmalar davam edir.
[URIS id=41275]