Bakıda iki dəm qazından zəhərlənmə hadisəsi baş verib. Bu haqda APA 23 dekabr tarixində xəbər verib.
Hər iki hadisə paytaxtın Yasamal rayonunda baş verib.
Rayon ərazisində yaşayan 21 yaşlı Heydər Heydərzadə evin hamamında dəm qazından boğulub.
Daha bir oxşar hadisə rayonun 1-ci Alatava yaşayış massivində qeydə alınıb. 28 yaşlı Aysel Məmmədli yaşadığı mənzildə dəm qazından boğularaq ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.