Bakıda gənc oğlan özünü öldürmək istəyib. Bu haqda 22 dekabr tarixində Report məlumat verib.
Yasamal rayonunda Ramil adlı gənc intihara cəhd edib. O, özünə kəsici alətlə çoxsaylı xəsarətlər yetirib. Yaralı sol saidin çoxsaylı kəsilmiş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.