Bakı sakininə qarşı quldurluq edilib. Bu haqda 19 aprel tarixində Report məlumat verib.
Yasamal rayonunda aprelin 18-də 3 nəfər Bakı şəhər sakini H.Rəsulovu bıçaqla hədələyərək 400 manat pulunu alıb və kart hesabında olan 50 manat pulu öz hesablarına köçürüblər. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Səxavət Yunusov, Əli Abbasov və Nicat Mikayılov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.