Ötən gecə Bakıda obyektin damında meyit aşkar olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Yasamal rayonunda FHN-nin əməkdaşları birmərtəbəli obyektin damında 34 yaşlı Seymur Quliyevin meyitini aşkar ediblər. FHN-nin qaynar xəttinə müraciət daxil olduqdan sonra, müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və meyit aşağı düşürülüb.
Seymur Quliyevin meyiti aidiyyəti üzrə təhvil verilib.