Bakıda avtomobil yaşlı kişini vurub. Bu haqda 25 yanvar tarixində Report məlumat verib.
Yasamal rayonunda yolu keçən 54 yaşlı Nazim Hüseynovu avtomobil vurub. Yaralı sağ bazu sümüyünün, qabırğaların sınığı və döş qəfəsinin əziyi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.