Paytaxtın Yasamal rayonunda mənzildə meyit tapılıb. Bu haqda bu gün, 3 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
FHN-nin əməkdaşları müraciət əsasında bağlı qapını qırdıqdan sonra 75 yaşlı Solmaz Qurbanovanın cansız bədənini aşkar ediblər.
Meyit aidiyyəti üzrə təhvil verilib.