Paytaxtın Yasamal rayonunda yanğın baş verib. Bu haqda bu gün, 7 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 150 kv.m olan ərazidə məişət tullantıları yanıb. Ətrafdakı infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.