Ötən gün Yasamal rayonunda oğurluq baş verib. Bu haqda 18 yanvar tarixində Bakuplus.az saleh.nasirov-a istinadən xəbər verir.
Topçubaşov adına xəstəxana ilə üzbəüz yerləşən “Retard” aptekindən naməlum şəxs oğurluq edib. Oğurluq anı təhlükəsizlik kamerasına düşüb. Belə ki, aptekə daxil olan naməlum şəxs əczaçının diqqətinin yayınmasından istifadə edərək, 2 bahalı şampun, kosmetika vasitəsi və gigiyenik vasitələri götürüb.
Ümumilikdə apteka 70 manat ziyan dəyib.