Paytaxtın Yasamal rayonunda avtoqəza zamanı üç avtomobilə ziyan dəyib. Bu haqda bu gün, 14 oktyabr tarixində APA məlumat yayıb.
Məhəmməd Xiyabani küçəsi və Abbas Mirzə Şərifzadə küçəsinin kəsişməsində “Volkswagen” markalı avtomobil əvvəl “Kia”, daha sonra “Lada Priora” markalı nəqliyyat vasitələri ilə toqquşaraq işıqfora çırpılıb.
Bir nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl, 13 oktyabr tarixində aeroport şosesində yük avtomobili sərnişin avtobusu ilə toqquşmuşdur.