Paytaxtın Yasamal rayonu, Müzəffər Həsənov və Abbas Mirzə Şərifzadə küçələrinin kəsişməsində avtoqəza baş verib. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
N.Həsənov küçəsində olan “VAZ 2105” markalı nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkət edən “Toyota” markalı avtomobilə çırpılıb. “Mercedes” isə idarəetmə itirərək adıçəkilən nəqliyyat vasitələri ilə toqquşub.
Nəticədə bir nəfər xəsarət alıb. Araşdırmalar davam edir.
[URIS id=45226]