Bakıda avtomobil aşıb. Bu haqda 25 iyun tarixində APA məlumat verib.
İzmir küçəsində “AzSamand” markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirib və avtomobil yol kənarındakı betona maneəya çırpılıb.
Zərbənin gücündən nəqliyyat vasitəsi aşıb. Qəza nəticəsində avtomobildə olan üç sərnişin və sürücü xəsarət alıblar. Yaralılar 1 nömrəli şəhər xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_49879" align="alignnone" width="800"]
Foto APA.az saytı[/caption]