Bakıda avtomobildən oğurluq edən şəxs saxlanılıb. Bu haqda 21 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Yasamal rayonu ərazisində fevralın 17-də E.Veysəlova məxsus avtomobildən içərisində 4370 manat, 1000 ABŞ dollar pul və sənədlər olan cüzdan oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini N.Dadaşov saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.