Bakıda avtomobili qarət edən şəxs saxlanılıb. Bu haqda 3 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Yasamal rayonunda mayın 31-də “Mercedes” markalı avtomobildən 2650 manat dəyərində mobil telefon və qol saatı oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini E.İbrahimov və Qazax rayon sakini E.Alıyev saxlanılıblar.
Faktla bağlı araşdırma davam edir.