Paytaxtın Yasamal rayonunda ölümlə nəticələnən avtoqəza baş verib. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
“Chevrolet Niva” markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxıb və beton maneəyə çırpılıb. Qəzanı törədən nəqliyyat vasitəsinin 34 yaşlı sürücüsü hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.