Yasamal rayonunda avtomobil dərəyə aşıb. Bu haqda 6 iyun tarixində APA məlumat verib.
Yeni Yasamal yaşayış massivində “Toyota Prado” markalı minik avtomobili dərəyə aşıb. Şahidlərin sözlərinə görə, sürücü mağazaya düşüb, avtomobildə olan azyaşlı övladı isə bilməyərəkdən maşını hərəkətə gətirib. Nəticədə avtomobil dərəyə aşıb. Qəza nəticəsində avtomobil yararsız vəziyyətə düşüb. Avtomobildə olan azyaşlı yüngül xəsarətlər alıb.
Hadisənin təfərrüatı və başvermə səbəbi araşdırılır.