Bakıda avtobusda oğurluq edən şəxs saxlanılıb. Bu haqda 2 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Yasamal rayonunda fevralın 25-də marşrut avtobusunda Abşeron rayon sakini P.Mehdiyevanın cibindən içərisində pul və qızıl üzük olan cüzdan oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.