Paytaxtın Yasamal rayonunda narkotik aludəçisi tutulub. Bu haqda bu gün, 5 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini A.Hüseynlinin üzərindən metamfetamin aşkar edilib. Həmçinin o, bir evdən 300 manat pul oğurlamaqda da şübhəli bilinir.
Araşdırmalar davam edir.